"Neftçi" klubu yeni futbolçusu Solomon Kvirkveliyanı təqdim edib.
Sportnet.az xəbər verir ki, Gürcüstan millisinin yarımmüdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb. Kvirkveliya "Mən artıq buradayam. Yeni tarixi birlikdə yazmağa başlayaq" deyib.
30 yaşlı müdafiəçi yeni komandasının Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışına qoşulub.