Premyer Liqada yaranmış fasilə ilə əlaqədar istirahətə yollanan "Sumqayıt" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, artıq 3 gündür məşqlərini davam etdirən Aqil Məmmədovun komandası gündə iki dəfə hazırlıq keçir.
Komandanın heyətində zədəli futbolçu yer almır. Milli komandanın düşərgəsində yer alan Andrey Popoviç, Məhəmməd Qurbanov, U-21-də olan Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev, Orxan Əliyev və U-19-la elit-raundda iştirak edəcək Budaq Nəsirov hazırlığa gec qoşulacaq. Bununla əlaqədar olaraq, əvəzedici komandanın bir neçə üzvü əsas heyətlə məşq edir.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu aprelin 1-də keçiriləcək.