Son olaraq Portuqaliyanın "Farense" klubunda çıxış edən Eduardo Mança karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az "Vavel" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçilərindən biri 27 yaşlı müdafiəçi ilə maraqlanır.
Hazırda azad agent olan braziliyalı oyunçunun agenti Covanni Davila müxtəlif klublarla danışıqlar apardıqlarını söyləyib.
Mançanı Portuqaliyada "Pakuş de Ferreyra", "Boavişta" və "Aruka", həmçinin Fransa, Yaponiya, İsrail və Azərbaycan klubları da heyətinə cəlb etmək istəyir.