Tovuz rayon Nizami Gəncəvi adına Mədəniyyət Evində “Turan Tovuz” futbol klubunun Azərbaycan Premyer Liqasına qayıdışı və Futbolun İnkişaf Fondunun (FİF) fəaliyyətinə həsr olunan tədbir keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə yerli ictimaiyyət nümayəndələri, Tovuz Rayon İcra Hakimiyyətinin və dövlət qurumlarının əməkdaşları ilə yanaşı, “Turan Tovuz”un və FİF-in rəsmiləri iştirak edib.
Tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açıb.
Daha sonra FİF-in Himayəçilər Şurasının sədri Vəli Qasımov fondun fəaliyyəti barədə məlumat verib. Qurumun icraçı direktoru Tural Piriyev fondun Tovuz rayonundakı planları və ianə layihələri barədə geniş təqdimat edib.
Tovuz təmsilçisinin icraçı direktoru Nadir Nəbiyev klubun infrastrukturu, fəaliyyəti, Premyer Liqaya hazırlıq prosesi barədə iştirakçıları məlumatlandırıb. Tədbirin sonunda ictimaiyyət nümayəndələri çıxış edərək, bölgə əhalisini kluba dəstək olmağa çağırıb.