2022/2023 mövsümü üçün hazırlıqlarını Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" sonuncu yoxlama oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda son İran çempionu "İstiqlal"la üz-üzə gələcək.
İyulun 28-də Qızılcahamam bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.