V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komanda yarışın keçiriləcəyi Türkiyənin Konya şəhərində məşqə çıxıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, isinmə hərəkətləri ilə başlayan hazırlıq prosesi toplu çalışmalarla başa çatıb.
Qeyd edək ki, yığma İslamiadada ilk oyununu avqustun 8-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək. Avqustun 10-da İranla qarşılaşacaq Samir Əliyevin baş məşqçi olduğu kollektiv 2 gün sonra Mərakeş seçməsi ilə üz-üzə gələcək.