1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin Müşahidə Şurasının tərkibi müəyyənləşdi
"Neftçi" klubunun Müşahidə Şurasının tərkibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yeni şurada 7 nəfər yer alacaq.
Klubun Müşahidə Şurasında sədr Çingiz Abdullayevdən əlavə veteran futbolçular Mübariz Zeynalov və Səmədağa Qurbanov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov, SOCAR-ın sərmayələr idarəsininin rəis müavini Zaur Qəhrəmanov, aktyor Bəhram Bağırzadə və "Neftç" İdman Klubu İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov yer alıb.
İclas zamanı Müşahidə Şurasının ən azı ayda bir dəfə toplaşması nəzərdə tutulub. Şuranın tapşırığına əsasən "Neftçi" Futbol Klubunun vitse-prezident Elnur Məmmədov icraçı direktor vəzifəsini icra edəcək. O, 1 ay müddətində yeni strukturu hazırlayaraq təqdim edəcək.
Bundan başqa ilkin olaraq, "Neftçi"nin MMC-dən ASC-yə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.