"Azarkeşlərin istefa şüarlarını normal qəbul edirəm. Amma bu, futbolçulara da təsir edir. Onlar da ən yaxşısını etmək istəyirlər. Lakin alınmır".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Qəbələ"yə 0:3 hesbaı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
62 yaşlı mütəxəssis ilk 3 turda çətin rəqiblərə qarşı mübarizə apardıqlarını bildirib: "Yeni formalaşan komandayıq. Bəzi futbolçular kollektivə tam uyğunlaşmayıb. Oyunçuların fərdi səhvlərindən qollar buraxdıq. Əlimizə düşən imkanlardan da yararlana bilmədik".