Azərbaycan Premyer Liqasında III turun "Zirə" - "Sumqayıt" matçının 80-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov və baş hakim Rəvan Həmzəzadə arasında gərgin anlar yaşanıb.
Sportnet.az-ın məlumatına görə, insident "Zirə"nin cərimə meydançası daxilində qayda pozuntusunu müəyyənləşdirmək üçün VAR-a müraciət olunduğu vaxt baş verib. Sadıqov həmin məqamda öz komandasının oyunçusuna kobudluğun edildiyini bildirərək, video-görüntülərə diqqətlə baxılmasını tələb edib. Nəticədə referi "Zirə"nin qapısına penalti yox, komandanın lehinə cərimə zərbəsi təyin edib.
Sportnet.az insidentin görüntülərini təqdim edir...