
"Rux" və "Metalist" komandaları arasında futbol üzrə Ukrayna çempionatının I tur oyunu yarımçıq dayandırılıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu, bölgədə hava xəbərdarlığı elanına görə edilib.
Futbolçular, məşqçilər korpusu və stadionun bütün işçiləri sığınacaq tapıb. Həmin vaxt qarşılaşmada hesab bərabər olub - 1:1. Baş hakim görüşü birinci hissənin əlavə olunmuş dəqiqələrində dayandırıb.
Narahatlıq uzun müddət davam edərsə, oyun başqa günə təxirə salınacaq. Amma matçın bu gün başa çatdırılma ehtimalı da var.