
"Çətin qarşılaşma olacağını bilirdik. Rəqib xal qazanmaq və qol vurmaq istəyirdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbaut konfransında deyib.
41 yaşlı mütəxəssis futbolçularından razı qaldığını bildirib: "Hər iki komandanın imkanları oldu. Yeni yığılan kollektivik. Hər xal vacibdir. Belə mübarizəli oyunlar bizim üçün təcrübədir. Gənclərimiz var, onlara güvənirik. Sumqayıta rəqib kimi gəlmək başqa hissdir. Haqsız şəkildə göndərildim. Layiq olmadığım kimi getdim. "Sumqayıt" azarkeşlərindən incidim. Alqış düşə bilərdi. Bəlkə də, kimsə onlara dedi ki, sakit durun. Avropada iki dəfə oynayan baş məşqçini alqışlamaq olardı".
Abbasov tovuzlu azarkeşlərin doğma meydanda komandaya dəstək olduğunu söyləyib: "Orada oynamaq "Sumqayıt" üçün çətin olacaq. Çalışacağıq ki, Tovuzda hər kəsə dişimizi göstərək".