Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "Qarabağ"ı Ermənistan komandası kimi təqdim etdiyi üçün azərbaycanlılardan üzr istəyib.
Sportnet.az xəbər verir ki, media nümayəndəsi bu barədə "A Spor" telekanalında yayımlanan "Artı Futbol" verilişində açıqlama verib.
Bilgiç gecə saatlarında yorğun olduğu üçün səhvə yol verdiyini bildirib: "Bu, səhv ifada idi. Üzr istəyirəm Haqqınızı halal edin".