
İspaniyanın qadınlardan ibarət 20 yaşadək futbolçulardan ibarət milli komandası dünya çempionu olub.
Sportnet.az-ın məlumatına görə, Pedro Lopesin baş məşqçi olduğu yığma Kosta-Rikada təşkil olunan mundialın finalında Yaponiyanı 3:1 hesabı ilə məğlub edib.
Niderlanda 4:1 hesabı ilə qalib gələn Braziliya bürünc medala sahib çıxıb.
"Barselona"nın hücumçusu Salma Paraluelo turnirin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 2020-ci ildəki dünya çempionatı koronavirusa görə ləğv edilib. Sonuncu yarış 2018-ci ildə Fransa baş tutub. İspaniya həmin turnirin finalında məhz Yaponiyaya 1:3 hesabı ilə uduzmuşdu.