
İspaniya millisinin və İngiltərənin "Totenhem" klubunun futbolçusu Serxio Reqilon Madrid "Atletiko"suna icarəyə verilib.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi bir illik anlaşma əldə olunub.
Reqilon "Atletiko"nun əzəli rəqibi "Real Madrid"in yetirməsidir. O, "Tottenhem"ə 2020-ci ilin sentyabrında keçib. Futbolçu London komandasındakı 2 mövsüm ərzində 67 oyuna 2 qol vurub və 9 məhsuldar ötürməyə imza atıb.