Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası son yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, oyunun 65-ci dəqiqəsində Amin Qarayev qırmızı vərəqə alıb.
Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.