
Misli Premyer Liqasının 5-ci turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.
Sportnet.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) manat təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin onlayn şəkildə əldə etmək olar.
“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, sentyabrın 3-ü keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.