1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı" ilə oyun Vobay üçün əlamətdar oldu
"Neftçi”nin futbolçusu Julius Vobay klubunda 50-ci çempionat oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Syerra-leoneli yarımmüdafiəçi Topaz Premyer Liqasının XXVII turunun "Bakı” ilə oyununa təsadüf edən yubileyini qolla qeyd edib.
Komandasının ikinci qolunu vuran Vobay 2:0 hesablı qələbədə pay sahiblərindən olub. Bununla da o, mövsümdəki oyun sayını 19-a, qollarını isə 6-ya çatdırıb. 2012/13 mövsümündə "ağ-qaralar”la Azərbaycan çempionu olanda 31 matça 8 qol vuran afrikalı Premyer Liqada "Neftçi” formasında 50-ci oyununda 14-cü dəfə fərqlənib.
Lakin Vobay "Neftçi”də vurduğu qol sayında da yubiley qeyd edib. Belə ki, komandanın heyətində avrokuboklar və ölkə kubokunda da qol sevinci yaşamağı bacaran Julius ümumilikdə 77-ci oyununda 20-ci dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Vobay 20 qoldan 5-ni avrokuboklarda, 1-ni Azərbaycan kubokunda vurub.