"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Frayburq şəhərinin eyniadlı təmsilçisi V turda səfərdə "Bayer"lə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Frayburq" liderliyə yüksəlib.
Qeyd edək ki, Almaniya klubu növbəti matçını sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək.