"Qarabağ"ın UEFA Avropa Liqasının E qrupundakı rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı və vitse-kapitanı Mark Flekkenlə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.
Niderlandlı qapıçı mətbuata açıqlamasında "Qarabağ"la ilk tur oyununda (2:1) buraxdığı qola görə topu günahlandırıb.
Qeyd edək ki, Flekken 2018-ci ildən "Frayburq"da çıxış edir. Niderland millisinin üzvü indiyədək 60 rəsmi matçda Bundesliqa təmsilçisinin qapısını qoruyub.