UEFA Konfrans Liqasının qrup mərhələsində II tur matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İsveç "Yurqorden"indən Emmanuel Banda, Türkiyə "Başakşehir"indən Serdar Gürler, Ukraynanın "Dnipro-1" komandasından Artyom Dovbik və Almaniya "Köln"ündən Deyan Lyubiçiç iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.