
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" komandası Almaniya Bundesliqasında VII turun oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu kollektiv səfərdə "Hoffenhaym"la üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bununla da "Frayburq" daha bir pillə geriləyərək, 3-cü mövqeyə enib. "Hoffenhaym" isə 13 xalla 4-cüdür.
Qeyd edək ki, "Qarabağ" "Frayburq"la ilk turun səfər matçında 1:2 hesabı ilə uduzub. Komandalar Bakıda noyabrın 3-də üz-üzə gələcəklər.