"Neftçi"nin futbolçusu Solomon Kvirkveliya Gürcüstan yığmasının heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi UEFA Millətlər Liqasında V turun Şimali Makedoniya ilə ev matçında meydana start heyətdə çıxıb. Kvirkveliya sonadək meydanda olub.
Boris Payçadze adına "Dinamo Arena"da təşkil olunmuş görüş Gürcüstan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. 30-cu dəqiqədə şimali makedoniyalı futbolçu Boyan Miovski topu öz komandasının qapısına göndərib. 64-cü dəqiqədə isə Xviça Kvaratsxeliya meydan sahiblərinin ikinci topunu vurub.
Bu qələbə sayəsində xalını 13-ə çatdıran Gürcüstan millisi C Liqasının 4-cü qrupunda liderliyi təmin edib və B Liqasına, eləcə də pley-off mərhələsinə yüksəlib. Şimali Makedoniya isə 7 xalla 6-cıdır.