
Ötən mövsüm "Mançester Yunayted" transferlərə İngiltərə Premyer Liqaası üçün rekord məbləğdə vəsait xərcləyib.
Sportnet.az-ın "The Telegraph"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" bu səbəbdən, ən ödənişli oyunçulardan sayılan qapıçı David de Xeanın müqaviləsinin uzadılması barədə danışıqlara başlayacaqlarına əmin deyillər.
Klubun ispaniyalı qapıçını uzun müddət əvəzləyəcək qolkiper axtarışının mümkünlüyünü nəzərdən keçirdiyi bildirilir. Bu rola İngiltərə yığması və "Everton"un üzvü Cordan Pikford seçilə bilər. "Mançester Yunayted"in İspaniya "Atletiko"sundan Yan Oblakı gələn yay pulsuz əldə etməsi də mümkündür.
Qeyd edək ki, David de Xea 2011-ci ildə "Atletiko"dan transfer olunub. O, 495 matçda 538 top buraxıb və 168 görüşdə qapısını toxunulmaz saxlayıb. Tərəflər arasında müqavilə 2023-cü ilin yayında başa çatacaq. Lakin sözləşmə bir müddətinə avtomatik uzadıla bilər.