
İtaliyanın "Yuventus" və "İnter" komandalarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.
Sportnet.az "Ghana Soccernet"ə istinadən xəbər verir ki, qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.
A Seriyasında 279 oyun keçirən veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.
Qeyde edək ki, Kvadvo Asamoa 2012 - 2018-ci illərdə "Yuventus"un, 2018 - 2020-ci illərdə isə "İnter"in formasını geyinib. Onun son komandası İtaliya "Kalyari"si olub.