"Olimpiakos"un futbolçusu Pape Abu Sissenin həyat yoldaşı Yunanıstanda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra xəstəxanaya aparılıb.
Sportner.az "MyNews.gr" saytına istinadən xəbər verir ki, 27 yaşlı seneqallı müdafiəçinin xanımı təzyiqlərə və atmosferə dözə bilməyərək huşunu itirib.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin müdaxilədən sonra onun səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə bitib. Pape Abu Sisse matçdan sonra yerli azarkeşləri söyüb.