1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA və ECA nümayəndələri Bakıda klub rəsmiləri ilə görüşdü
Bu gün Hilton otelində UEFA, Avropa Peşəkar Futbol Liqası (EPFL), Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) və Avropa Klublar Assosiasiyasının (ECA) nümayəndələri ilə AFFA, Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasında iştirak edən klubların nümayəndələri arasında görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, görüş "Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda olub.
Görüşdə UEFA-nın nümayəndəsi Grafström Mattias, AFFA-nın Hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev "Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin sualları cavablandırıblar.
Daha sonra "Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib. AFFA-da yeni yaradılmış Mübahisələrin həlli sistemi barədə məlumat verilib.