"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda XI turda "Verder"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin ilk qolunu 56-cı dəqiqədə Lukas Kübler, ikinci qolunu isə 80-ci dəqiqədə Vinçentso Qrifo vurub.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Frayburq" üçünücü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.