UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” oktyabrın 24-də səhər saatlarında Bak ı- İstanbul - Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Joze Alesio Da Silva ÇL oyunlarına 13 futzalçı ilə yollanacaq.
Felipinyo cəzalı olduğu üçün bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.
Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov
Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.