
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də XIII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Klermon" olub. Ev oyununda "Nant" Mostafa Məhəmmədin 73-cü dəqiqə qolu ilə məğlubiyyətdən qurtulmağı bacarıb.
13 turdan sonra 12 xal toplayan "Nant" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Fransada keçirilən görüş isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.