İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Luis Suaresin yeni komandası bəlli olub.
Sportnet.az-ın RAC1-ə istinadən məlumatına görə, son olaraq ölkəsində, "Nasyonal"da çıxış edən uruqvaylı hücumçu ABŞ təmsilçisi "Los-Anceles Qalaksi"yə keçəcək.
Qeyd edək ki, Luis Suaresin klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. 35 yaşlı forvard "Nasyonal" ilə Uruqvay çempionatının qalibi olub. O, cari mövsüm bütün turnirlərdə 16 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.