 

AZAL futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Türkiyəyə
təlim-məşq toplanışına yollanacaq. Sportnet.az-ın klub saytına istinadən yaydığı məlumata görə, toplanış
16-28 iyul aralığında baş tutacaq.
	
	 
Qardaş ölkənin Bolu şəhərində hazırlaşacaq Tərlan Əhmədovun rəhbərlik
etdiyi klub, 13 gün Qara dəniz bölgəsində - "Esentepe” otelində məskunlaşacaq.
Türkiyə toplanışı çərçivəsində "təyyarəçilər” 5 yoxlama görüşü keçirməyi
planlaşdırır.
	
	 
Qeyd edək ki, hələlik AZAL-ın rəqiblərinin kimliyinə aydınlıq gətirilməyib.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































