İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ralf Hazenhyuttl ilə yollarını ayırıb.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Komandanı noyabrın 9-da "Şeffild Uensdey" ilə Liqa Kuboku matçına daha əvvəl Azərbaycanda da işləmiş Ruben Selles çıxaracaq.
Qeyd edək ki, Ralf Hazenhyuttl 2018-ci ildən "Sauthempton"da işləyib. Komanda Premyer Liqada 14 turdan sonra 12 xalla 18-ci pillədə qərarlaşıb.
Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.