Almaniyanın "Hamburq" komandasının futbolçusu Mario Vuşkoviçdən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb.
Sportnet.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası (DFB) məlumat yayıb. Xorvatiyalı müdafiəçinin qan nümunəsində eritropoetin maddəsi aşkarlanıb.
DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, Mario Vuşkoviç bu ilin iyulundan "Hamburq"da çıxış edir.