"Azərbaycan və Rumıniya ilə oyunları səbirsizliklə gözləyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Moldova millisinin futbolçusu Viktor Stıne keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.
24 yaşlı yarımmüdafiəçi qarşılaşmalarda yaxşı oynamağa çalışacaqlarını bildirib. Stıne nəticə qazanmağın onlar üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.