"Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək"
Sportnet.az-ın məlumatına görə, bunu Portuqaliya millisinin sabiq futbolçusu Nunu Qomeş "TRT Spor"a açıqlamasında bildirib.
46 yaşlı keçmiş hücumçu "köhlən atlar"ın cari mövsüm yaxşı təsir bağışladığını bildirib: "Onlar turnir cədvəlində birincidirlər və UEFA Konfrans Liqasında Belçika "Gent"i ilə üz-üzə gələcəklər. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar".
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.