Nigeriyalı futbolçu Peter Oluka karyerasını "Neftçi"də davam etdirə bilər.
Sportnet.az "Sports247.ng" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "36 Lion" klubunda çıxış edən oyunçuya təklif göndərib.
"Ağ-qaralar" Olukanı "Caqaban kuboku"nda bəyənib. Yarımmüdafiəçi həmin vaxt turnirin ən yaxşı oyunçusu seçilib.
Azərbaycan təmsilçisi futbolçunu baxışa da dəvət edib. Orta xətt oyunçusu artıq Bakıya yola düşüb.