
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Sportnet.az-ın məlumatına görə, günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.
Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.
Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.
Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.
------------------------------------
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.
Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.
Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.
Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
------------------------------------------
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II turun daha 4 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.
F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.
DÇ-2022
Qrup mərhələsi, II tur
27 noyabr
E qrupu
14:00. Yaponiya - Kosta Rika - 0:1
Qol: Keyşer Fuller, 81
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Əhməd İbn Əli" stadionu
23:00. İspaniya - Almaniya - 1:1
Baş hakim: Denni Makkelli (Niderland)
"Əl Bayt" stadionu
Xal durumu: İspaniya - 4, Kista Rika - 3, Yaponiya -*Almaniya - 0, Kosta Rika - 3
F qrupu
17:00. Belçika - Mərakeş - 0:2
Qol: Abdelhamid Sabiri, 73. Zakariya Abuhlyal, 90+2
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Al Tumama" stadionu
20:00. Xorvatiya - Kanada - 4:1
Qol: Andrey Kramariç, 36. 70 Marko Livaya, 44. Lovro Mayer, 90+4 - Alfonso Deyvis, 2
Baş hakim: Andres Matonte (Uruqvay)
"Xəlifə" stadionu