
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.
"Kapitan Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 74-cü dəqiqədə qonaqlar İsnik Aliminin qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Todor Todoroski tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qəbələ" 5-ci pillədə qalıb. "Sumqayıt" isə 6 xalla sonuncu - 10-cu sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Turan Tovuz"a qalib gəlib - 1:0. Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.
----------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 80-ci dəqiqədə Aleksey Kaşuk vurub.
Xallarının sayını 38-ə çatdıran "Sabah" lider "Qarabağ"la xal fərqini üçə endirib. Tovuz təmsilçisi isə 16 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Qəbələ" ilə üz-üzə gələcək. turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.
-----------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.
Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.
Azərbaycan Premyer Liqası, XV tur
29 noyabr
14:00. “Turan Tovuz” – “Sabah” - 0:1
Qol: Aleksey Kaşuk, 80
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu
16:30. “Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: Todor Todoroski, 79 - İsnik Alimi, 74 (p)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.