
Qətərdə İsveçrə millisinin futbolçularını daşıyan avtobus qəzaya uğrayıb.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, nəqliyyat vasitəsi polis maşını ilə toqquşub.
İsveçrəyə qarşı G qrupunun II tur oyunundan öncə baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.