
Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub.
Sportnet.az-ın məlumatına görə, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.
Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.
------------------------------------
İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, ingilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.
1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.
----------------------------------------
Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.
Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.
Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.
-------------------------------------------
Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.
"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək.
-------------------------------------------
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.
B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.
DÇ-2022
Qrup mərhələsi, III tur
29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal - 1:2
Qol: Moises Kaysedo, 67 - İsmaila Sarr, 44 (p). Kalidu Kulibali, 70
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
19:00. Niderland - Qətər - 2:0
Qollar: Kodi Qakpo, 26. Frenki de Yonq, 49
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
23:00. İran - ABŞ - 0:1
Qol: Kristian Puluşiç, 36
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə - 0:1
Qol: Markus Reşford 50. 68. Fil Foden, 52
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.