Niderlandın "Ayaks" klubunun və Qana millisinin futbolçusu Məhəmməd Kudus karyerasını İngiltərədə davam etdirə bilər.
Sportnet.az "De Telegraaf"a istinadən xəbər verir ki, "Liverpul" və "Everton" 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Mersisayd təmsilçiləri oyunçunun Qətərdəki dünya çempionatındakı çıxışını izləyirlər. Onlar turnir bitdikdən sonra transferlə bağlı danışlara başlamaq niyyətindədirlər.
Qeyd edək ki, Məhəmməd Kudus 2020-ci ildən "Ayaks"da çıxış edir. Yarımmdüfiəçi I turda Portuqaliyaya uduzduqları (2:3) matçda məhsuldar ötürmə ilə yadda qalıb, II turda Cənubi Koreyaya qalib gəldikləri (3:2) görüşdə dubl edib. Qana yığması dekabrın 2-də Uruqvay kollektivi ilə üz-üzə gələcək.