FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində oyunsonrası penaltilər seriyası tətbiq etməyi planlaşdırır.
Sportnet.az "The Athletic"ə istinadən xəbər verir, əsas vaxtda heç-heçə qeydə alınarsa, 11 metrlik cərimə zərbələrindən istifadə olunacaq. Bunun nəticələrinə əsasən, qalib komandaya əlavə bonus xalı veriləcək.
Qeyd edək ki, 2026-cı il mundialı iyunun 8-dən iyulun 3-dək Kanada, ABŞ və Meksikada keçiriləcək. İlk dəfə dünya çempionatında 32 yox, 48 komanda mübarizə aparacaq. Ölkələr hər biri 3 kollektivdən ibarət 16 qrupda yarışacaqlar.
Kanada, Meksika və ABŞ ev sahibi ölkələr kimi avtomatik olaraq final mərhələsinə vəsiqə qazanıblar.