AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.
Sportnet.az-ın məlumatına görə, hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.
"Ağ-qaralar" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək.
"Köhlən atlar" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.