
Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.
Günün digər görüşündə “Şamaxı” ilə “Zirə” qolsuz bərabərə qalıb.
XVII turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də baş tutacaq.
-----------------------------------
Misli Premyer Liqasında XVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda "Şamaxı" "Zirə"ni qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə bitib.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran paytaxt klubu dördüncü pillədə qərarlaşıb. Bölgə təmsilçisi 13 xalla yeddinci sıradadır.
Beləliklə, "Şamaxı"nın məğlubiyyətsiz oyunlar seriyası beşə çatıb.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. XVII turun "Kəpəz" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları dekabrın 14-də, "Turan Tovuz" - "Neftçi" matçı isə dekabrın 15-də gerçəkləşəcək.
--------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Şamaxı" "Zirə"ni qəbul edəcək. Bölgə təmsilçisi 12 xalla yeddinci, "qartallar" 26 xalla dördüncü sıradadır.
Komandalar indiyədək Premyer Liqada 28 dəfə üz-üzə gəliblər. Bunların 11-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Zirə" üstündür - 34:27.
İkinci görüşdə son çempion "Qarabağ" "Qəbələ"ni sınağa çəkəcək. "Köhlən atlar" 44 xalla liderdir, "qırmızı-qaralar" 24 xalla beşinci sıradadır. Bu, tərəflərin ölkə çempionatlarında 65-ci oyunu olacaq. 30 dəfə Ağdam təmsilçisi, 10 dəfə qonaqlar meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 86:43.
Azərbaycan Premyer Liqası, XVII tur
13 dekabr (çərşənbə axşamı)
14:00. “Şamaxı” – “Zirə” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Qəbələ” - 1:0
Qol: Ramil Şeydayev, 68 (pen.)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”
Qeyd edək ki, XVII turun "Kəpəz" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları dekabrın 14-də, "Turan Tovuz" - "Neftçi" matçı isə dekabrın 15-də gerçəkləşəcək.