"Şamaxı" klubu futbolçusu Fuad Bayramovla müqavilənin müddətini uzadıb.
Bölgə təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, 24 yaşlı müdafiəçi ilə 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov və Rövşən Şahmuradovla müqaviləni yeniləyib.