AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, diplom və sertifikatları qurumun Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim edib.
Qeyd edək ki, Pro lisenziyasını alanlar "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov və "Keşlə"nin (hazırkı "Şamaxı") keçmiş məşqçisi Zaur İsmayılovdur.