İspaniyanın “Sevilya” klubu futbolçusu İsko ilə müqaviləni ləğv edib.
Sportnet.az-ın “Marca”ya istinadən məlumatına görə, əndəlüs təmsilçisi yaxın saatlarda bunu rəsmi saytı vasitəsilə bəyan edəcək.
Bildirilib ki, tərəflər sözləşməyə xitam vermək barədə qarşılıqlı razılığa gəliblər. “Sevilya”ya bu ilin yayında İspaniyanın digər klubu “Real”dan keçən 30 yaşlı yarımmüdafiəçi 2 illik sazişə qol çəkib.
Qeyd edək ki, İsko bu mövsüm İspaniya La Liqasında 12 oyunda 2 məhsuldar ötürmə verib.