"Əsas favoritlər olan "Qarabağ"la "Sabah" mübarizəni dayandırdı. Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə "vecernji.hr" saytına açıqlamasında deyib.
Paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb.
"Ağ-qaralar"ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: "Bunun üçün olduqca motivasiyalıyıq".
Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Turan Tovuz"la qarşılaşacaq.