“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla anlaşan Rumıniyanın “Universitatya Krayova” klubunun prezidenti Mihai Rotaru istefa verəcək.
Sportnet.az xəbər verir ki, bunu rumıniyalı funksioner özü açıqlamasında bildirib.
O, mövsümün sonunda prezidentlik postunu tərk edəcəyini söyləyib. Rotaru buna baxmayaraq, şirkətinin “Universitatya Krayova” ilə 2032-ci ilə qədər imzalanan sponsorluq müqaviləsinin davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Rumıniya mətbuatında Laurentsiu Regekampfın qış fasiləsində “Neftçi”dən ayrılaraq “Universitatya Krayova”nın sükanı arxasına keçəcəyi yazılıb. Rotarunun 47 yaşlı mütəxəssisi 6 aylıq müqaviləyə razı saldığı, mövsümün sonunda sözləşmənin müddətinin uzadılacağı bildirilib.