
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, 454 klubun yer aldığı siyahıda Azərbaycan 7 təmsilçisi də var.
Klublarımızın mövqeyində dəyişiklik olmayıb. Ən yaxşı göstərici yenə "Qarabağ"a məxsusdur. Baş məşqçi Qurban Qurbanovun komandası 151-ci pillədə qərarlaşıb. "Neftçi” 181, "İnter" 269, "Xəzər Lənkəran” 296, "Bakı” 331-ci pillədə qərarlaşıb. "Qəbələ” və AZAL isə 359-cu pillələri bölüşür.